...

Futbolçumuzdan "fair-play" nümunəsi (FOTO)

İdman Materials 16 Dekabr 2016 11:37 (UTC +04:00)
Aysun Əliyeva “fair-play” nümunəsi göstərib.
Futbolçumuzdan "fair-play" nümunəsi (FOTO)

Bakı. Trend:

21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvü, karyerasını Türkiyənin “1207 Antalyaspor Döşəməaltı Belediyyəspor” klubunda davam etdirən Aysun Əliyeva “fair-play” nümunəsi göstərib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçu “Kireçburnu” - “1207 Antalyaspor Döşəməaltı Belediyyəspor” oyunu zamanı zədələnən və meydanı tərk etməkdə çətinlik çəkən rəqib komandanın futbolçusu İjeoma Queenth Danielsi kürəyinə alaraq meydandan çıxarıb.

Qeyd edək ki, A.Əliyeva 2012-ci ildə ölkəmizdə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatında millinin heyətində çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti