...

"Qarabağ" - "Neftçi" oyununun hakimləri məlumdur

İdman Materials 27 Yanvar 2017 16:07 (UTC +04:00)
Premyer Liqada XV turun oyunları üçün bütün hakim təyinatları müəyyənləşib.
"Qarabağ" - "Neftçi" oyununun hakimləri məlumdur

Bakı. Trend:

Premyer Liqada XV turun oyunları üçün bütün hakim təyinatları müəyyənləşib.

Trend-in məlumatına görə, turun mərkəzi oyunu – “Qarabağ” - “Neftçi” matçı Ramil Diniyevə həvalə olunub.

28 yanvar

“İnter” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”, 17:30

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
Qəbələ şəhər stadionu, 15:00

29 yanvar

“Qarabağ” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
“Azersun Arena”, 17:30

“Zirə” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 15:00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti