...

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar veloyürüş keçirilib (FOTO)

İdman Materials 9 Mart 2017 14:56 (UTC +04:00)
"Cyclemania Lady" və "Velo Səhərlə" qruplarının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş keçirilib.
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar veloyürüş keçirilib (FOTO)

Bakı. Trend:

"Cyclemania Lady" və "Velo Səhərlə" qruplarının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, start və finiş nöqtəsi Azneft Meydanı olan yürüşdə 100-ə yaxın xanım velosipedçi iştirak edib.

Bundan başqa, AVİF-in tərkibində fəaliyyət göstərən klub və cəmiyyətlərin velosipedçi qızları da bayram yürüşünə qoşulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti