...

"Neftçi" yubileyini qələbə ilə qeyd etdi (FOTO)

İdman Materials 18 Mart 2017 21:42 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunları davam edir.
"Neftçi" yubileyini qələbə ilə qeyd etdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunları davam edir.

Trend-in məlumatına görə, "Neftçi" çempionatın üçüncüsü "İnter"i qəbul edib. Görüş "Neftçi" klubunun 80 illik yubileyinə təsadüf etdiyindən simvolik olaraq saat 19:37-də start götürüb.

Oyuna elə yubilyarlar fəal başlayıblar - 42-ci dəqiqədə Uqo Barqas hesabı açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev fərqi artırıb. Bir dəqiqə sonra Nizami Hacıyev qollardan birinin əvəzini çıxıb. Lakin "İnter"in bundan artığına gücü çatmayıb - 2:1.

Beləliklə, "Neftçi" bu qələbə sayəsində xalını 26-ya çatdıraraq 5-ci pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti