...

Macarıstan gimnastı: Bakıda Dünya Kubokunda iştirak etdiyimə görə çox şadam

İdman Materials 19 Mart 2017 16:13 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etdiyimə görə çox şadam.
Macarıstan gimnastı: Bakıda Dünya Kubokunda iştirak etdiyimə görə çox şadam

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etdiyimə görə çox şadam. Bunu Trend-ə yarışlarda ikinci yeri qazanmış Macarıstan gimnastı Kristian Berke deyib.

İdmançı qeyd edib ki, daha yüksək yer tutmaq üçün əlbəttə daha gərgin çalışmaq lazımdır: “Növbəti dəfə əlbəttə daha gülcü çalışacam. Bu yarışlarda iştirak etmək bizim üçün həm də yaxşı təcrübə qazanmağımıza yardımçı oldu”.

Macarstanlı idmançı yarışların yüksək səviyyədə təşkil edildiyini də diqqətə çatdırıb. O, Milli Gimnasita Arneasında idmançılar üçün hərtərəfli şərait yaradıldığını xüsusi vurğulayıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.

Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

Xəbər lenti

Xəbər lenti