...

Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı (FOTO)

İdman Materials 31 Mart 2017 00:05 (UTC +04:00)
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının yüksək liqasında yarışlar başa çatıb
Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı (FOTO)

Bakı. Trend:

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının yüksək liqasında yarışlar başa çatıb.

Trend-in məlumatına görə, Naxçıvanda təşkil olunan pley-off mərhələsinin son turundan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, vitse-prezidenti Faiq Qarayev, Naxçıvan gənclər və idman naziri Azad Cabbarov və Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

“Naxçıvan” bürünc, “Neftçi” gümüş və “Lokomotiv” qızıl medallarla təltif edilib.

Onlara medalları Azərbaycan və Naxçıvan voleybol federasiyalarının rəsmiləri təqdim ediblər.

“Lokomotiv”ə qızıl medalları və çempionluq kubokunu Azərbaycan Voleybol Federasiyanın prezidenti Cavid Qurbanov və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən verilib. “Dəmiryolçular”a çempionluq kuboku isə Cavid Qurbanov və AVF-nın vitse-prezidenti Faiq Qarayev təqdim edib.

Bədii hissə ilə davam etdirilən tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti