Bakı. Trend:
Azərbaycan - Almaniya oyunundan daxil olan vəsait açıqlanıb.
Trend AFFA-ya istinadən məlumat verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Almaniya oyununa bilet və "SkyBox" satışından, həmçinin "hospitality" (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 691 manat pul vəsaiti daxil olub.
Xatırladaq ki, Azərbaycan - Almaniya oyunu 1:4 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.