...

"Yuventus"dan inamlı qələbə

İdman Materials 12 Aprel 2017 00:48 (UTC +04:00)
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyununa yekun vurulub
"Yuventus"dan inamlı qələbə

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyununa yekun vurulub.

Trend-in məlumatına görə, "Yuventus" evdə "Barselona"-nı qəbul edib.

Massimiliano Alleqrinin yetirmələri 3:0 hesabı ilə inamlı qələbə qazanıblar. Qolların oyunun 7 və 22-ci dəqiqələrində Paolo Dibala, 55-ci dəqiqəsində isə Corco Kyellini vurublar.

Qeyd edək ki, günün ikinci qarşılaşması olan "Borussiya" - "Monako" matçı Dortmunda yerli komandanın avtobusu qarşısında baş vermiş partlayış səbəbindən təxirə salınıb. Oyun aprelin 12-si Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti