...

"Yuventus" və "Monako" yarımfinalda

İdman Materials 20 Aprel 2017 00:43 (UTC +04:00)
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti cavab oyunları keçirilib
"Yuventus" və "Monako" yarımfinalda

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, İspaniyanın "Barselona" klubu doğma meydanda İtaliiyanın "Yuventus" klubunu qəbul edib. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Turun ikinci oyunuda Dortmundun "Borrusiya" klubu səfərdə "Monako" ilə qarşılaşıb. Ev sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar.

Beləliklə "Yuventus" və "Monako" yarımfinal mərhələsinə yüksəliblər.

Qeyd edək ki, ötən gün yarımfinalın digər iki iştirakçısı məlum olub: Madridin "Real" və "Atletiko" klubları növbəti mərhələyə adlayıblar.

Yarımfinaın püşkü 21 aprel saat 14:00 baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti