...

Avropa Liqası: “Beşiktaş” mübarizəni dayandırdı (VİDEO)

İdman Materials 21 Aprel 2017 01:46 (UTC +04:00)
Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub
Avropa Liqası: “Beşiktaş” mübarizəni dayandırdı (VİDEO)

Bakı. Trend:

Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, “Beşiktaş” doğma meydanda “Lion”u qəbul edib. Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan “Beşoktaş”a növbəti mərhələyə keçmək üçün minimal hesabla qələbə qazanmalı idi. Oyun 2:1 "qara qartallar"ın xeyrinə başa çatsada, penatli seriyasında "Lion" daha güclü olub (6:7).

"Beşiktaş” (Türkiyə) – "Lion” (Fransa) - 2:1 (penaltilər - 7:8)
Qollar: Taliska, 27 (1:0), Lakazette, 34 (1:1), Taliska, 58 (2:1)

İngiltərə təmsilçisi "Mançester Yunayted” Belçikanın "Anderlext” komandasını qəbul edib. Oyun 2:1 hesabı ilə "Mançester Yunayted" xeyrinə başa çatıb.

Qollar: Mxitaryan, 10 (1:0), Hanni, 32 (1:1), Reşford, 107 (2:1)
İlk oyun – 1:1

"Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) - 3:2
Qollar: Qoretska, 53 (1:0), Burqstaller, 56 (2:0), Kaliquri, 101 (3:0), Vergever, 111 (3:1), Counes, 120 (3:2)
İlk oyun – 0:2

"Genk” (Belçika) – "Selta” (İspaniya) - 1:1
Qollar: Sisto, 63 (0:1), Trossard, 67 (1:1)
İlk oyun – 2:3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti