...

Güləşçilərimiz Avropa çempionatı və İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar

İdman Materials 21 Aprel 2017 11:50 (UTC +04:00)
Güləşçilərimiz Avropa çempionatı və İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar.
Güləşçilərimiz Avropa çempionatı və İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar

Bakı. Trend:

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir.

Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək.

Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə aprelin 17-dən başlayıb və 30-dək davam edəcək.

Qeyd edək ki, Avropa çempionatı 2-7 may tarixlərində Serbiyanın Novi Sad şəhərində başa tutacaq. Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları isə 17-21 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti