...

"Qəbələ" - "İnter" oyununda "qol yağışı"

İdman Materials 24 Aprel 2017 16:38 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.
"Qəbələ" - "İnter" oyununda "qol yağışı"

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə "Qəbələ" doğma meydanda "İnter"i qəbul edib.

Matça qonaqlar fəal başlayıblar - 3-cü dəqiqədə Rauf Əliyev qonaqları önə keçirib. Lakin 11 dəqiqə sonra Rikardinyo hesabı tarazlaşdırıb. 26-cı dəqiqədə Sergey Zenyov fərqlənib, 33-cü dəqiqədə isə Adrian Skarlatake qapını "səhv salıb" - 3:1.

İkinci hissəyə də "İnter" fəal başlayıb: 73-cü dəqiqədə Elnur Abdullayev rəqib qapıçısını məyus edib, 77-ci dəqiqədə isə Rauf Əliyev oyunda yenidən tarazlığı bərpa edib. Lakin 90-cı dəqiqədə Tellur Mütəllimovun qolu yekun hesabı müəyyənləşdirib - 4:3.

Beləliklə, bu qələbədən sonra xalını 52-yə çatdıran "Qəbələ" "Qarabağ"ın vaxtından əvvəl çempion olduğu Premyer Liqada ikinci yeri tutub. "İnter" üçüncüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti