...

Azarkeş: Dünya Kuboku kimi yarışlar Azərbaycanda gimnastikanın inkişafına kömək edir

İdman Materials 29 Aprel 2017 16:30 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kuboku kimi yarışlar Azərbaycanda bu idman növünün inkişafına kömək edir
Azarkeş: Dünya Kuboku kimi yarışlar Azərbaycanda gimnastikanın inkişafına kömək edir

Bakı. Ləman Zeynalova - Trend:

Bədii gimnastika üzrə Dünya Kuboku kimi yarışlar Azərbaycanda bu idman növünün inkişafına kömək edir.

Bunu Trend-ə yarışları izləməyə gəlmiş tamaşaçı İlkin Hüseynov deyib.

O, yarışların yüksək səviyyədə təşkil olunduğunu deyib: “Könüllülər öz işinə böyük məsuliyyətlə yanaşırlar. Fan klub gimnastlara fəal dəstək göstərir”.

Tamaşaçı deyib ki, o, azərbaycanlı gimnastlara azarkeşlik edir: “Mən ən çox Jalə Piriyevanın çıxışını bəyəndim”.

İ.Hüseynovun sözlərinə görə o, ötən ay idman gimnastikası üzrə Dünya kubokunda da olub: “Amma bütün gimnastika növləri arasında mən bədii gimnastikaya üstünlük verirəm”.

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti