...

Özbəkistan gimnastı: Dünya Kubokunda çox güclü idmançılar toplanıb

İdman Materials 29 Aprel 2017 18:11 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda çox güclü idmançılar toplanıb
Özbəkistan gimnastı: Dünya Kubokunda çox güclü idmançılar toplanıb

Bakı. Yelena Kosolapova - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda çox güclü idmançılar toplanıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Özbəkistan gimnastı Sabina Taşkenbayeva deyib.

O, ən güclü rəqiblərin Ukrayna, İsrail və Rusiyadan olduğunu deyib.

Onun sözlərinə görə, Bakıda çıxış etmək xoşdur. Çünki tamaşaçılar hər kəsi yaxşı qarşılayır və insanlar çox xeyirxahdır.

Eyni zamanda o bildirib ki, öz çıxışından razı qalmayıb: “Mən hər şeyi planlaşdırıldığı kimi yerinə yetirə bilmədim”.

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti