...

Məktəblilər arasında dünya çempionatı başa çatdı (FOTO)

İdman Materials 1 May 2017 22:17 (UTC +04:00)
21 aprel-1 may tarixlərində Rumıniyanın Yasi şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempioanatı başa çatıb.
Məktəblilər arasında dünya çempionatı başa çatdı (FOTO)

Bakı. Trend:

21 aprel-1 may tarixlərində Rumıniyanın Yasi şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempioanatı başa çatıb.

“Təhsil” Respublika İdman Mərkəzinin komandası çempionatda tam heyətlə çıxış edərək, uğurlu nəticə əldə edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, komandanın üzvləri – Məmmədov Ziya 7 yaşlı oğlanlar arasında, Orucov Fərid 9 yaşlı oğlanlar arasında və Məmmədova Süsən 17 yaşlı qızlar arasında gümüş medal, Budaqova Leyla isə 9 yaşlı qızlar arasında bürünc medal qazanıblar.

Dünya çempionatında iştirak edən komandanın formalaşması üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq yaş qrupları üzrə respublika çempionatının zona və final mərhələləri keçirilmiş və hər yaş qrupu üzrə birinci yeri tutan şahmatçılar komandanın tərkibinə daxil edilib.

Komandanın dünya çempionatında iştirakı Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti