...

BDU-da futbol yarışları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

İdman Materials 6 May 2017 17:54 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol yarışları qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib.
BDU-da futbol yarışları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) idman meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol yarışları qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri açan rektor, akademik Abel Məhərrəmov bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışlarının, o cümlədən futbol çempionatının keçirildiyni bilidirb. Məlum olub ki, futbol yarışlarında universitetin 17 fakültəsi və xarici tələbələrdən ibarət komanda təmsil olunub.

Ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş futbol çempionatında birinci yeri Hüquq, ikinci yeri isə Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri tutub. Üçüncü yerin sahibi Filologiya, Sosial və psixologiya fakültəsinin tələbələri olublar.

Tədbir konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti