...

Milli Gimnastika Arenası IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır (FOTO)

İdman Materials 8 May 2017 16:39 (UTC +04:00)
Azərbaycan paytaxtı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastika yarışlarını qəbul etməyə hazırlaşır.
Milli Gimnastika Arenası IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan paytaxtı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastika yarışlarını qəbul etməyə hazırlaşır.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında yarışlara hazırlıq tam gücü ilə davam edir. Artıq yarış zalında gimnastika alətləri quraşdırılıb. Hazırda idmançılar son məşqlərini edirlər.

Milli Gimnastika Arenasının qarşısında yerləşən Atletlər kəndi də ilk iştirakçılarını qəbul etməyə hazırlaşır. Artıq sabahdan Azərbaycan gimnastları Atletlər kəndində qalacaqlar.

Mayın 10-da bədii gimnastika üzrə podium məşqləri keçiriləcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 12-14-də bədii gimnastika, 13-15-də isə idman gimnastikası üzrə yarışlar keçiriləcək.

Trend Milli Gimnastika Arenasından fotoları təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti