...

Məşqçilər: Azərbaycanın idman gimnastları İslamiadada medallar uğrunda mübarizə aparmağa hazırdırlar (FOTO)

İdman Materials 9 May 2017 14:45 (UTC +04:00)
Azərbaycanın idman gimnastları İslam Həmrəyliyi Oyunlarında medallar uğrunda mübarizə aparmağa hazırdırlar.
Məşqçilər: Azərbaycanın idman gimnastları İslamiadada medallar uğrunda mübarizə aparmağa hazırdırlar (FOTO)

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycanın idman gimnastları İslam Həmrəyliyi Oyunlarında medallar uğrunda mübarizə aparmağa hazırdırlar.

Bu barədə Trend-ə müsahibələrində qadınlardan ibarət idman gimnastikası yığmamızın məşqçiləri Nina Pravdina və Gennadi Xorpyakov deyib.

Komandanın baş məşqçisi N.Pravdina bildirib: "Əvvəlcədən heç nə demək olmaz, lakin biz yaxşı nəticəyə ümid edirik".

Onun sözlərinə görə, komandaların bu il əsas yarışları apreldə keçirilmiş Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları və payızda dünya çempionatıdır: "Avropa çempionatında Azərbaycan gimnastları zədələr üzündən təəssüf ki, yüksək nəticələr əldə edə bilmədilər, lakin hazırda komanda İslam Oyunlarında daha yaxşı çıxış etmək üçün tam gücü ilə çalışır. İslamiadada yaxşı nəticələr qazanmaq xüsusilə vacibdir, çünki yarışlar Bakıda keçirilir".

Baş məşqçi güclü rəqiblər sırasında Türkiyə və Özbəkistan gimnastlarının adını çəkib.

Öz növbəsində, komandanın ikinci məşqçisi G.Xorpyakov bildirib ki, Azərbaycanın idman gimnastları yarışlara hazırdır və medallar uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti