...

Bakı-2017: Voleybol yarışlarına start verilir

İdman Materials 11 May 2017 08:00 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 4-cü günü başlayır.
Bakı-2017: Voleybol yarışlarına start verilir

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 4-cü günü başlayır.

Trend-in məlumatına görə, bu gün kişi və qadın həndbolçulardan ibarət komandalar arasında qrup oyunlarına yekun vurulacaq.

Azərbaycanın qadınlardan ibarət yığması Türkiyə, kişilərdən ibarət millisi isə Əlcəzairlə qarşılaşacaq.

TƏQVİM:

09:00 - 10:35

Kişilər Komanda Qrup oyunu B2-B3 (Mərakeş - İraq)

11:15 - 12:50

Kişilər Komanda Qrup oyunu A2-A3 (Səudiyyə Ərəbistanı - Pakistan)

13:30 - 15:05

Qadınlar Komanda Qrup oyunu A4-A2 (Özbəkistan - Kamerun)

15:45 - 17:20

Qadınlar Komanda Qrup oyunu A1-A3 (Azərbaycan - Türkiyə)

18:00 - 19:35

Kişilər Komanda Qrup oyunu B4-B1 (İordaniya - Türkiyə)

20:15 - 21:50

Kişilər Komanda Qrup oyunu A4-A1 (Azərbaycan - Əlcəzair)

Yarışların 4-cü günündə kişilərdən və qadınlardan ibarət komandalar arasında voleybol oyunlarına start veriləcək. Azərbaycanın qadın voleybolçuları A qrupunda Qırğızıstan, kişi idmançıları isə Pakistandan olan rəqibləri ilə qarşılaşacaqlar.

TƏQVİM:

10:00 - 12:30

Kişilər Komanda Qrup oyunu A1 (Türkiyə - Türkmənistan)

12:30 - 15:00

Qadınlar Komanda Qrup oyunu A1 (Türkiyə - Tacikistan)

19:00 - 21:30

Qadınlar Komanda Qrup oyunu A2 (Azərbaycan - Qırğızıstan)

21:30 - 23:59

Kişilər Komanda Qrup oyunu A2 (Azərbaycan - Pakistan)

Bu gün, həmçinin futbol komandaları arasında qrup oyunlarının II turu keçiriləcək. İlk oyunda Kamerun yığması ilə qolsuz bərabərə qalan millimiz bu dəfə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

TƏQVİM:

10:30 - 12:30

Kişilər Komanda Qrup oyunu B3 (Oman - Türkiyə)

12:30 - 14:30

Kişilər Komanda Qrup oyunu A3 (Kamerun - Mərakeş)

16:30 - 18:30

Kişilər Komanda Qrup oyunu B4 (Fələstin - Əlcəzair)

18:30 - 20:30

Kişilər Komanda Qrup oyunu A4 (Azərbaycan - Səudiyyə Ərəbistanı)

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti