...

Bədii gimnastikanın İslamiadaya daxil edilməsi bu idman növünün Asiya və Afrika ölkələrində inkişafına kömək edəcək (FOTO)

İdman Materials 10 May 2017 16:07 (UTC +04:00)
Bədii gimnastikanın İslam Həmrəyliyi Oyunlarına daxil edilməsi idmanın bu növünün elə də populyar olmadığı Asiya, Afrika, o cümlədən ərəb ölkələrində inkişafına imkan yaradacaq.
Bədii gimnastikanın İslamiadaya daxil edilməsi bu idman növünün Asiya və Afrika ölkələrində inkişafına kömək edəcək (FOTO)

Bakı. Yelena Kosolapova - Trend:

Bədii gimnastikanın İslam Həmrəyliyi Oyunlarına daxil edilməsi idmanın bu növünün elə də populyar olmadığı Asiya, Afrika, o cümlədən ərəb ölkələrində inkişafına imkan yaradacaq.

Bunu Trend-ə müsahibəsində Özbəkistanın bədii gimnastika yığmasının məşqçisi Sevara Kərimova deyib.

S.Kərimovanın sözlərinə görə, bu, bədii gimnastika və ümumilikdə gimnastika üçün müsbət haldır.

Məşqçi bildirib ki, İslamiadaya 3 titullu Özbəkistan gimnastı gəlib - Anastasiya Serdyukova, Sabina Taşkenbayeva və Nuriniso Usmanova:

"İslam Oyunlarında bütün bacarığımızı göstərəcəyimizə və hakimlərin bizi layiqincə qiymətləndirəcəklərinə ümid edirik".

S.Kərimova hesab edir ki, İslam Həmrəyliyi Oyunlarında özbək idmançıların əsas rəqibi azərbaycanlı gimnastlar olacaq:

"Onlar qızıl medallara iddialı olan ən güclü rəqiblərdir. Azərbaycandan başqa, Türkiyə yığması da kifayət qədər güclüdür".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti