...

Azərbaycanlı karateçi: İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalı qazana bilərəm

İdman Materials 13 May 2017 13:35 (UTC +04:00)
"Əgər sabah qələbə qazansam, bu, İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalım olacaq".
Azərbaycanlı karateçi: İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalı qazana bilərəm

Bakı. Azad Həsənli - Trend:

"Əgər sabah qələbə qazansam, bu, İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalım olacaq".

Trend-in məlumatına görə, bunu jurnalistlərə azərbaycanlı karateçi Ayxan Mamayev deyib.

A.Mamayev 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olduğunu xatırladıb.

Əsas rəqiblərə gəlincə, karateçimiz bildirib ki, hər bir idmançı sabah öz döyüşü ilə təəccübləndirə bilər: "Bununla belə, fikrimcə, iranlı, misirli və türk idmançılar çox güclüdürlər. Xoşbəxtlikdən onlar ayrı qrupa düşüblər və işim asanlaşıb".

A.Mamayev qeyd edib ki, sanah əlcəzairli idmançı ilə qarşılaşa bilər:

"Ötən görüşün revanşını almaq üçün onunla döyüşmək istərdim".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti