...

BƏƏ Olimpiya Komitəsi: Azərbaycan daha irimiqyaslı yarışları təşkil etməyə qadirdir

İdman Materials 13 May 2017 14:15 (UTC +04:00)
Azərbaycan daha irimiqyaslı idman yarışları təşkil etməyə qadirdir.
BƏƏ Olimpiya Komitəsi: Azərbaycan daha irimiqyaslı yarışları təşkil etməyə qadirdir

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycan daha irimiqyaslı idman yarışları təşkil etməyə qadirdir.

Bunu Trend-ə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Olimpiya Komitəsinin katibi Davud əl-Haciri deyib.

Onun sözlərinə görə, Azərbaycandakı idman arenaları möhtəşəmdir:

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi çox gözəl, valehedici oldu. Əminəm ki, əksər ölkələr Azərbaycanla idman sahəsində əməkdaşlıq edəcəklər".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti