...

Azərbaycanlı cüdoçu qızıl medal qazanıb

İdman Materials 13 May 2017 18:16 (UTC +04:00)
Bu gün IV İslam Hərməyliyi Oyunları çərçivəsində cüdo yarışlarının final mərhələsi başlayıb
Azərbaycanlı cüdoçu qızıl medal qazanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün IV İslam Hərməyliyi Oyunları çərçivəsində cüdo yarışlarının final mərhələsi başlayıb.

Trend-in məlumatına görə, qadın cüdoçuların mübarizəsində tatami üzərinə 48 kq çəki dərəcəsində iki Azərbaycan təmsilçisi Aişə Qurbanlı və Erdenebat Bazarraqça çıxıb.

Gərkin keçən mübarizədə Erdenebat Bazarraqça qalib gələrək qızıl medala sahib olub. Aişə Qurbanlı isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti