...

IV İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə finallar başlayır (FOTO)

İdman Materials 14 May 2017 18:38 (UTC +04:00)
Bədii gimnastika üzrə fərdi yarışların finallarına start verilib.
IV İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə finallar başlayır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika üzrə fərdi yarışların finallarına start verilib.

Trend-in məlumatına görə, gimnastlar halqa, lent, top və gürzlərlə hərəkətlər üzrə 4 medal dəsti uğrunda mübarizə aparırlar.

Finalda Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva da yarışırlar.

Xatırladaq ki, ötən gün Azərbaycanın M.Durunda, J.Piriyeva və Zöhrə Ağamirovadan ibarət komandası qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti