...

Bakı-2017: Bədii gimnastika üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 14 May 2017 21:52 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika üzrə fərdi yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bakı-2017: Bədii gimnastika üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika üzrə fərdi yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe və Azərbaycan Gimnastika Federasiyasının Altay Həsənov iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan gimnastı Marina Durunda yarışlarda iki qızıl, bir gümüş və bir bürünc medal qazanıb. Jalə Piriyeva isə İslamiadanı hər əyardan bir medal olmaqla başa vurub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti