...

Cüdo komandamız İslamiadanın qalibi oldu - 29-cu QIZIL

İdman Materials 15 May 2017 16:55 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi idmançılardan ibarət cüdo yığması qızıl medal qazanıb.
Cüdo komandamız İslamiadanın qalibi oldu - 29-cu QIZIL

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi idmançılardan ibarət cüdo yığması qızıl medal qazanıb.

Trend-in məlumatına görə, finalda əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə qalib gəliblər - 3:2.

Bununla da İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qızıl medallarının sayını 29-a çatdırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti