...

Azərbaycan üzgüçüsü İslamiadada ikinci qızıl medalını qazandı (FOTO)

İdman Materials 15 May 2017 18:09 (UTC +04:00)
Azərbaycan üzgüçüsü Maksim Şemberyov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb.
Azərbaycan üzgüçüsü İslamiadada ikinci qızıl medalını qazandı (FOTO)

Bakı. Hüseyn Vəliyev, Ənvər Məmmədov - Trend:

Azərbaycan üzgüçüsü Maksim Şemberyov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, idmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub.

Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti