...

Bakı-2017: Azərbaycan millisi növbəti mərhələdə

İdman Materials 15 May 2017 20:21 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirində Azərbaycan millisi yarımfinala yüksəlib.
Bakı-2017: Azərbaycan millisi növbəti mərhələdə

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirində Azərbaycan millisi yarımfinala yüksəlib.

Trend-in məlumatına görə, qrupda son oyununu Mərakeş yığmasına qarşı keçirən komandamız meydandan sülhlə ayrılıb - 0:0.

Ümumilikdə 3 oyundan 5 xal qazanan millimiz bu nəticə ilə qrup ikincisi kimi yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti