...

Bakı-2017: Azərbaycan üzgüçüsü finala yüksəlib

İdman Materials 16 May 2017 11:06 (UTC +04:00)
Azərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib.
Bakı-2017: Azərbaycan üzgüçüsü finala yüksəlib

Bakı. Hüseyn Vəliyev, Maksim Tsurkov - Trend:

Azərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib.

Trend-in məlumatına görə, təsnifat mərhələsində F.Əlkərəmovanın göstəricisi 2:09.40 saniyə olub.

Finala, həmçinin Türkiyə, İndoneziya, İordaniya, Malayziya və Əlcəzair idmançıları vəsiqə qazanıblar.

Öz növbəsində, İslamiadada artıq iki medal qazanan üzgüçümüz Maksim Şemberev 200 m məsafəyə batterflay üsulu ilə ilkin üzmə yarışında ən yaxşı nəticə göstərib.

Daha bir təmsilçimiz Boris Kirillov isə 50 m arxa üstə üzmə yarışında yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti