...

İslamiadanın qalibi: "Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq"

İdman Materials 17 May 2017 10:50 (UTC +04:00)
"Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq".
İslamiadanın qalibi: "Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq"

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq".

Trend-in məlumatınan görə, bunu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika üzrə yeni rekordlar əldə edərək qızıl medal qazanan idmançımız Anastasiya İbrahimli mətbuat konfransında deyib.

O, İslam Həmrəyliyi Oyunlarına çox yaxşı hazırlaşdıqlarını bildirib:

"Oyunlara çox yaxşı hazırlaşmışdıq. Əvvəlcədən nəticəni müəyyənləşdirmək olmur. Amma bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq".

Xatırladaq ki, A.İbrahimli 69 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti