...

Azərbaycan İslamiadanın finalında 6 boksçu ilə mübarizə aparacaq

İdman Materials 17 May 2017 21:25 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi başa çatıb
Azərbaycan İslamiadanın finalında 6 boksçu ilə mübarizə aparacaq

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi başa çatıb.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə İordaniya boksçusu Hüsseyn İaşaişi məğlub edib - 4:0.

O, finalda suriyalı Manaf Asaadla qarşılaşacaq.

Qeyd edək ki, final mərhələsində Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. M.Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaqlar. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) çıxışını bürünc medalla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti