...

İslamiadada millimizə dəstək vermək istəyənlərin nəzərinə (FOTO)

İdman Materials 18 May 2017 11:03 (UTC +04:00)
bu gün Azərbaycan millisi yarımfinalda Əlcəzairlə qarşılaşacaq.
İslamiadada millimizə dəstək vermək istəyənlərin nəzərinə (FOTO)

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçılar metronun "Koroğlu" stansiyasından İdman Arenası istiqamətində fəaliyyət göstərən ekspress xətt avtobuslarından istifadə edə bilər.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, “Dalğa Arena”dakı futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Bunun üçün 18.05.2017 tarixində Bakı Nəqliyyat Agentliyinin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edəcək.

Həmçinin yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun “Neftçilər” stansiyasından “Dalğa Arena” (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq.

Qeyd edək ki, bu gün Azərbaycan millisi yarımfinalda Əlcəzairlə qarşılaşacaq. Oyun saat 12:30-da başlayacaq. Digər yarımfinalda isə Kamerun və Oman yığmaları üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti