...

Bakı-2017: 3 güləşçimiz qızıl medalın bir addımlığında

İdman Materials 18 May 2017 12:04 (UTC +04:00)
Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Bakı-2017: 3 güləşçimiz qızıl medalın bir addımlığında

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Kairatbek Tuqolbaev olub.

Güləşçimiz rəqibinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal uğrunda mübarizə aparmaq şansı əldə edib.

E.Mürsəliyevə qədər iki güləşçimiz - İslam Abbasov (85 kq) və Kamran Məmmədov (66 kq) da finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti