...

Güləşçimizdən qızıl MEDAL

İdman Materials 18 May 2017 18:35 (UTC +04:00)
Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.
Güləşçimizdən qızıl MEDAL

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Janat Kilbayev olub.

Güləşçimiz rəqibinə vaxtından əvvəl - 9:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşində ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 54-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti