...

Bakı-2017: Güləşçimiz FİNALDA (YENİLƏNİB)

İdman Materials 19 May 2017 11:39 (UTC +04:00)
Azərbaycanın sərbəst güləşçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Bakı-2017: Güləşçimiz FİNALDA (YENİLƏNİB)

İlk xəbər saat 11:11-də yayılıb

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçimiz Mahir Əmiraslanov (57 kq) finala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, idmançımız finala gedən yolda türkiyəli Nəbi Uzunu mübarizədən kənarlaşdırıb - 15:2.

X X X

11:11

Azərbaycanın sərbəst güləşçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

Trend-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov 1/4 finalda Kamerun təmsilçisi Tambi Nforsonqla qarşılaşıb.

Rəqibinə 14:4 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti