...

"Red Bull" pilotları Formula 1-də sürət rekordunu vurmağa çalışacaq (FOTO)

İdman Materials 22 İyun 2017 13:27 (UTC +04:00)
Bakı Şəhər Halqasının sürət rekordunu vurmaq bu il çətin olacaq, amma biz bunu etməyə çalışcacağıq.
"Red Bull" pilotları Formula 1-də sürət rekordunu vurmağa çalışacaq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakı Şəhər Halqasının sürət rekordunu vurmaq bu il çətin olacaq, amma biz bunu etməyə çalışcacağıq.

Trend-in məlumatına görə, bunu Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində keçirilən mətbuat konfransında “Red Bull” komandasının pilotları Daniel Rikkyardo və Maks Ferstappen deyib.

Onların sözlərinə görə, mövsümün ən sürətli trası Bakıdadır:

“Amma bu il bolidlər daha geniş və döngələrdə daha sürətli, düz xətlərdə isə daha ləng olub. Bakıda dar döngəli bölmələr var, ona görə də sürəti artırmaq olmur”.

Pilotlar qeyd edib ki, onların məqsədi fəxri podium uğrunda mübarizə aparmaqdır.

Qeyd edək ki, Bakı Şəhər Halqasının sürət rekordu finlandiyalı pilot Valtteri Bottasa məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti