...

Qazaxıstanlı turistlər: Azərbaycanda insanlar çox mehribandır

İdman Materials 24 İyun 2017 15:50 (UTC +04:00)
Azərbaycanda insanlar çox mehribandır və həmişə kömək etməyə hazırdırlar
Qazaxıstanlı turistlər: Azərbaycanda insanlar çox mehribandır

Bakı. Vüqar İmanov, Yelena Kosolapova - Trend:

Azərbaycanda insanlar çox mehribandır və həmişə kömək etməyə hazırdırlar.

Bunu Trend-ə qazaxıstanlı turistlər Əzəmət Kurmanqaliyev və Aleksandra Pestova deyib.

Ə.Kurmanqaliyev deyib ki, onlar ötən il Bakıda keçirilən Formula 1 mərhələsini televiziyada izlədikdən sonra bu il buraya gəlməyi qərara alıblar.

Qazaxıstanlı turistlər deyib ki, onlar Azərbaycana ilk dəfə gəlib və şəhər onların çox xoşuna gəlir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti