...

“Qəbələ” və “İnter”in oyunlarına hakim təyinatları açıqlanıb

İdman Materials 10 İyul 2017 17:33 (UTC +04:00)
“Qəbələ” və “İnter”in oyunlarına hakim təyinatları açıqlanıb.
“Qəbələ” və “İnter”in oyunlarına hakim təyinatları açıqlanıb

Bakı. Trend:

“Qəbələ” və “İnter”in oyunlarına hakim təyinatları açıqlanıb.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçilərimiz “Qəbələ” və “İnter”in keçirəcəyi oyunlara hakim təyinatları aşağıdakı kimidir:

“İnter” – “Fola” (Lüksemburq)
12 iyul. “Dalğa Arena”
Baş hakim: Eitan Şmuelevits
Baş hakimin köməkçiləri: Saqi Metsamber, Nissan Davidi
Dördüncü hakim: Daniel Bar Natan
(Hakimlər İsraildəndir)
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)

“Qəbələ” – “Yaqelloniya” (Polşa)
13 iyul. “Bakcell Arena”
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holger Günter Henşel, Markel Pelqrim
Dördüncü hakim: Quido Vinkmann
(Hakimlər Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti