...

"Qarabağ"dan ilk oyunda darmadağın (VİDEO)

İdman Materials 11 İyul 2017 22:53 (UTC +04:00)
Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb
"Qarabağ"dan ilk oyunda darmadağın (VİDEO)

Bakı. Trend:

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb.

Trend-in məlumatına görə, görüş "Qarabağ" klubunun 5:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib.

83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti