...

Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

İdman Materials 12 İyul 2017 11:09 (UTC +04:00)
Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Berlin Masters” adlı "Challenge" seriyasına aid Dünya Kuboku başa çatıb.
Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

Bakı. Trend:

Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Berlin Masters” adlı "Challenge" seriyasına aid Dünya Kuboku başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yola saldığımız həftəsonu gimnastikanın əz zərif nümayəndələri üçün yaddaqalan olub. Belə ki, 7-9 iyul tarixlərində keçirilmiş yarışlarda ölkəmizi qrup hərəkətləri komandasının tərkibində təmsil etmiş Ayşən Bayramova, Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva hər iki kompozisiyada final mərhələsinə yüksəlməyi bacarıblar. Həlledici mərhələdə isə 3 top / 2 iplə çıxışları onlara bürünc medal qazandırıb. 1-ci və 2-ci yerlərdə isə müvafiq olaraq Rusiya və Ukrayna təmsilçiləri qərarlaşıb. Bədii gimnastlarımızın digər final çıxışı gürzlərlə olub. Onlar bu nümayişə görə hakimlərdən 16.100 xal alaraq, 5-ci yerlə kifayətləniblər. Çoxnövçülükdə isə qızlarımız medalın bir addımlığında, 4-cü yerdə qərar tutublar.

Fərdi proqramda isə Zöhrə Ağamirova və qrup komandasının öndə gedən üzvlərindən biri Ayşən Bayramova da yer alıb. Uzun fasilədən sonra yenidən fərdi gimnast kimi özünü sınayan Ayşən lentlə final çıxışında 8-ci, çoxnövçülükdə isə 18-ci olub. Komanda yoldaşı Zöhrə isə çoxnövçülükdə 14-cü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti