...

"Qəbələ", "İnter" və "Zirə"nin də potensial rəqibləri məlum olub

İdman Materials 14 İyul 2017 15:36 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb
"Qəbələ", "İnter" və "Zirə"nin də potensial rəqibləri məlum olub

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən turnirdə "Qəbələ", "İnter" və "Zirə”nin potensial rəqibləri müəyyənləşib.

Belə ki, əgər "Qəbələ" II mərhələni keçsə, növbəti mərhələdə "Panatinaikos"la (Yunanıstan) qarşılaşacaq. İlk oyun səfərdə baş tutacaq. Qəbələ II mərhələnin ilk matçında "Yagelloniya" (Polşa) 1-1 oynayıb.

"İnter" II mərhələni adlayacağı təqdirdə üçüncü mərhələd "Östersund" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütlüyünün qalibi ilə qarşılaşacaq. "İnter" II mərhələdə ilk matçda "Fola"nı (Lüksemburq) 1:0 hesabı ilə üstələyib. "Qalatasaray" isə səfərdə İsveç təmsilçisinə 2-0 məğlub olub.

Azərbaycanın digər təmsilçisi "Zirə" üçüncü mərhələyə keçəcəyi təqdirdə Ukraynanın "Aleksandriya" klubu ilə qarşılacaq. "Zirə" ikinci mərhələnin ilk matçında "Astra"ya (Rumıniya) 3-1 məğlub olub.

Qeyd edək ki, Avropa Liqasının 3-cü mərhələsində ilk oyunlar iyulun 27-si, ikinci oyunlar isə avqustun 3-ü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti