...

"Mercedes"in pilotu Hamilton Böyük Britaniya Qran Prisinin qalibi olub

İdman Materials 16 İyul 2017 18:25 (UTC +04:00)
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hamilton Böyük Britaniya Qran Prisinin qalibi olub
"Mercedes"in pilotu Hamilton Böyük Britaniya Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hamilton Böyük Britaniya Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, Qran Pridə 2-ci yeri Hamiltonun komanda yoldaşı finlandiyalı pilot Valtteri Bottas, 3-cü yeri isə "Ferrari" komandasının finlandiyalı pilotu Kimi Raykkonen tutub.

Üç qat dünya çempionu Hamilton ölkəsinin ev sahibliyi etdiyi Qran Prinin 5-ci dəfə qalibi olur.

Qeyd edək ki, ümumi hesabda liderliyi "Ferrari"nin pilotu Sebastyan Fettel (177 xal) qoruyub saxlayır. 2-ci yerdə 1 xal geri qalaraq Lyuis Hemilton (176 xal), 3-cü-yerdə isə Valtteri Bottas (154 xal) qərarlaşıblar.

Formula 1-in növbəti mərhələsi Macarıstanda 28-30 iyul keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti