...

Yığmamızın boksçuları Dağıstanda 3 medal qazanıblar

İdman Materials 23 İyul 2017 12:35 (UTC +04:00)
Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib
Yığmamızın boksçuları Dağıstanda 3 medal qazanıblar

Bakı. Trend:

Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.

Boks federasiyasından Trend-ə verilən məlumata görə, "Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti