...

Çexiya idmançısı kişilər arasında dairəvi stend atıcılığı üzrə fərdi yarışın qalibi olub

İdman Materials 1 Avqust 2017 20:02 (UTC +04:00)
Bakıda keçirilən Avropa çempionatında kişilər arasında dairəvi stend atıcılığının fərdi yarışlarının qalibi çexiyalı Milos Slavicek olub.
Çexiya idmançısı kişilər arasında dairəvi stend atıcılığı üzrə fərdi yarışın qalibi olub

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən Avropa çempionatında kişilər arasında dairəvi stend atıcılığının fərdi yarışlarının qalibi çexiyalı Milos Slavicek olub.

Trend-in məlumatına görə, Çexiya təmsilçisi 54 (11) xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Çempionatın gümüş medalını isə italiyalı idmançı Rossetti Gabriele 54 (9) xalla qazanıb.

İsveç atıcı Stefan Nilsson topladığı 43 xalla yarışın bürünc medalına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti