...

Azərbaycan hərbçilərin güləş üzrə dünya çempionatında 16 idmançı ilə təmsil olunacaq

İdman Materials 19 Avqust 2017 10:57 (UTC +04:00)
Azərbaycan hərbçilərin güləş üzrə dünya çempionatında 16 idmançı ilə təmsil olunacaq.
Azərbaycan hərbçilərin güləş üzrə dünya çempionatında 16 idmançı ilə təmsil olunacaq

Bakı. Trend:

Azərbaycan hərbçilərin güləş üzrə dünya çempionatında 16 idmançı ilə təmsil olunacaq.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) yetirmələri 18-25 sentyabr 2017-ci il tarixində Litvanın Klaypeda şəhərində idmanın güləş növü üzrə keçiriləcək hərbçilərin 32-ci dünya çempionatında güclərini sınayacaqlar. Bu yarışda ölkəmizi 16 idmançı, 2 hakim və 2 məşqçi təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan milli yığma komandasının əksər üzvləri MOİK təmsilçiləridir. Olimpiya, dünya, Avropa və başqa yarışlarda qazanılan medalların da bir hissəsi ordu idmançılarına məxsusdur. Həmçinin MOİK-in yetirmələri Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutan Azərbaycan yığmasının qələbəsində də pay sahibi olublar. Onlardan 2-si qızıl, 1-i gümüş və 1-i bürünc medal olub.

MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) fəal üzvüdür. SİZM-ə üzv olduğu gündən bu günə kimi, MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıblar. Həmçinin 2015-ci ildə SİZM-in Koreya Respublikasında keçirdiyi 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. 120 ölkədən 8100 nəfər idmançının iştırak etdiyi bu yarışlarda Azərbaycan Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.

Xatırladaq ki, hərbçilərin cüdo üzrə dünya çempionatı Qafqazda birinci dəfə, Rusiyadan sonra ilk dəfə Azərbaycanda keçirilib. Bununla yanaşı, SİZM-in çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları keçirilib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə Dünya Kuboku yarışının Azərbaycanda keçirilməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti