...

Cüdoçumuz Universiadada Azərbaycana ilk qızıl medalı qazandırdı

İdman Materials 20 Avqust 2017 18:05 (UTC +04:00)
Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub
Cüdoçumuz Universiadada Azərbaycana ilk qızıl medalı qazandırdı

Bakı. Trend:

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb. Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb. Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.

Xəbər lenti

Xəbər lenti