...

Millimiz kişi boksçular arasında dünya çempionatında medal sıralamasına görə 4-cü yerdədir

İdman Materials 3 Sentyabr 2017 02:45 (UTC +04:00)
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb
Millimiz kişi boksçular arasında dünya çempionatında medal sıralamasına görə 4-cü yerdədir

Bakı. Trend:

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb. 9 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı açıqlanıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, mundialda 10 çəkidən 4-də təmsil olunan yığmamız 2 medal yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada isə hamını qabaqlayıb.

Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk "üçlük"də iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada 4-cü olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.

N

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Kuba

5

2

0

7

2

Özbəkistan

1

3

2

6

3

Qazaxıstan

1

2

3

6

4

AZƏRBAYCAN

1

0

1

2

5-6

Fransa

1

0

0

1

Ukrayna

1

0

0

1

7

ABŞ

0

1

2

3

8

Rusiya

0

1

1

2

9

İrlandiya

0

1

0

1

10-20

Avstraliya

0

0

1

1

Kamerun

0

0

1

1

Kolumbiya

0

0

1

1

Ekvador

0

0

1

1

İngiltərə

0

0

1

1

Gürcüstan

0

0

1

1

Almaniya

0

0

1

1

Hindistan

0

0

1

1

Ermənistan

0

0

1

1

Monqolustan

0

0

1

1

Cənubi Koreya

0

0

1

1

CƏMİ

20

10

10

20

40

Məqalədə:
Xəbər lenti

Xəbər lenti