...

DÇ: Güləşçimiz erməni rəqibinə şans vermədi

İdman Materials 5 Sentyabr 2017 11:37 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
DÇ: Güləşçimiz erməni rəqibinə şans vermədi

İlk xəbər saat 11:37-də yayılıb

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulublar.

85 kq çəkidə yarışan Laçın Əliyev 1/16 finalda Ermənistan idmançısı Tiqran Hambardzumyanla qarşılaşıb. Təmsilçimiz inamla güləşərək rəqibini mübarizədən uzaqlaşdırıb - 8:5.

Növbəti mərhələdə onun rəqibi belaruslu Mikita Heurasiou olacaq.

42 kq
1/8 final - Qurban Qurbanov - Daniel Dimitrov Pramatarov (İtaliya)

46 kq
1/8 final - Nihad Məmmədli - Baktiyar Akberdiyev (Qırğızıstan)

69 kq
1/16 final - Fikrət Vəliyev - Sora Taniquçi (Yaponiya)

76 kq
1/8 final - Baisar Evloev (Rusiya) - Eldar Məmmədov

85 kq
1/8 final - Laçın Vəliyev - Mikita Heurasiou (Belarus)
1/16 final - Laçın Vəliyev - Tiqran Hambardzumyan (Ermənistan) 8:5

Qeyd edək ki, ötən gün 50 kq çəkidə mübarizə aparan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə Avropa çempionumuzun rəqibi Yaponiya idmançısı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti