...

Boksçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb

İdman Materials 11 Sentyabr 2017 09:47 (UTC +04:00)
Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib. XII dəfə təşkil olunan ənənəvi yarışa Azərbaycan millisi də qatılıb.
Boksçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı. Trend:

Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib. XII dəfə təşkil olunan ənənəvi yarışa Azərbaycan millisi də qatılıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 19 ölkənin mübarizə apardığı turnirdə yığmamız 2 boksçu ilə təmsil olunub. Elbrus Rzayevin yetirmələrindən Anna Əlimərdanova çıxışını bürünc medalla başa vurub.

54 kq çəki dərəcəsində rinqə çıxan təmsilçimiz Çloe Tomas (Uels) və Dina Jolomana (Qazaxıstan) qalib gələrək, yarımfinala yüksəlib. O, bu mərhələdə Çin Taypeyindən olan Yu-Tinq Linlə üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə A.Əlimərdanova turniri 3-cü yerdə bitirib.

Digər boksçumuz Yana Alekseyevna (60 kq) isə 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti