...

"Amrahbank"ın komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı oldu

İdman Materials 11 Sentyabr 2017 12:28 (UTC +04:00)
"Amrahbank"ın komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı oldu

Bakı. Trend:

"Amrahbank" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı oldu. ABL Cup 2017-18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə keçiriləcək və Azfargroup-un meydançalarında keçiriləcək.

"Amrahbank" ənənəvi bank fəaliyyəti ilə yanaşı daima elm, təhsil, sağlamlıq, idman və s. Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsini özünün əsas prioritetlərindən hesab edir. Bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilmişdir. Məhz bu səbəbdəndir ki, sosioloqlar idmana cəmiyyəti birləşdirən, insanlarda qələbəyə, yeni-yeni uğurlara can atmaq hissini oyadan vasitə kimi baxırlar.

Qeyd etmək istəyirik ki, bu gün “Amrahbank”ın əməkdaşları arasında da güclü idmançı gənclər az deyildir. 2009-cu ildə yaradılmış Amrahbank futbol komandası yarandığı gündən etibarən bir çox uğurlara imza atmışdır. Belə ki, komandamız 2009-cu ildə qatıldığı ilk Banklararası futbol çempionatında 3- cü yer; 2011-ci ildə Qarabağ fufbol klubunun yaranmasının 60 illiyinə həsr olunmuş təşkilatlararası turnirdə ilk çempionluğunu qazanaraq 1-ci yer; 2014-cü ilin yaz sezonunda BBVB tərəfindən təşkil olunmuş Banklararası Futzal Cempionatında 3-cü yer; 2014-cü ilin payız sezonunda BBVB tərəfindən təşkil olunmuş Banklararası Futzal Cempionatında 2-ci yer; 2014-2015-cı il mövsümü Futzal üzrə 2-ci dəstə Azərbaycan birinciliyində 2-ci yer; 2015-2016-cı il mövsümü Futzal üzrə 1-ci dəstə Azərbaycan birinciliyində 2-ci yer; 2015-ci ildə Futzal üzrə İtaliyanın Kataniya şəhərində keçirilmiş Çimərlik Futbolu üzrə UEFA Kubokunda 28 komanda arasında 7-ci yer qazanmışdır.

Hazırda “Amrahbank”ın futbol komandası ASEP (AZFAR SPORTS EVENTS AND PROMOTION) şirkətinin təşkil etdiyi “Azfar Business League” ABL Cup 2017/18 çempionatında iştirak etməyə hazırlaşır. Amrahbank FK-na bütün kollektivimiz adından uğurlar arzu edirik. Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar. Təşkilatçı şirkətin saytında sifariş formaları təqdim olunub. Qeydiyyatdan keçən komandalar haqqında ayrıca məlumat verilir.

Şübhəsiz ki, "ABL Cup 2017-2018" təkcə korporativ və idman dairələrində deyil, həm də bütövlükdə ölkəmizin ictimai həyatında böyük rezonans doğuracaq və ilin idman olayına çevriləcək. Bu turnir həvəskar futbol sahəsində yeni idman ənənəsinə start verəcək. ABL Təşkilat Komitəsi turnir iştirakçılarını xüsusi diqqətlə seçir – çempionatda yaxşıların yaxşısı – Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri iştirak edəcək.

Turnirin bütün mərhələləri mətbuatda, internet səhifələrində, radio və televiziya kanallarında geniş işıqlandırılacaq. Turnirin təşkili və keçirilməsi ilə paralel şəkildə tədbirin təbliğatı, ən geniş kütlələrin məlumatlandırılması və KİV-in marağının cəlb edilməsinə yönəldilmiş genişmiqyaslı PR kampaniyası aparılır. "ABL Cup 2017-2018" Təşkilat Komitəsi tədbir haqqında KİV-i öncədən xəbərdar etməklə çempionatdan əvvəl, onun gedişi zamanı və sonra müvafiq materialların dərc olunmasına zəmin yaradacaq. Mini-futbol üzrə "Аzfar Business League" (ABL) turniri mini-futbolun populyarlaşdırılması və inkişafı, əhalinin bədən tərbiyəsi və idman məşqələlərinə kütləvi şəkildə cəlb olunması məqsədilə keçirilir. Bu çempionat Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri üçün nəzərdə tutulub. Biznes-liqada iştirak aşağıdakı məqsədləri qarşısına qoyur:

- Korporativ mədəniyyətin inkişafı;
- Şirkətdaxili əlaqələrin möhkəmləndirilməsi;
- KİV-də şirkətin adını çəkməklə brendin müştəri və partnyorlar tərəfindən tanınmasının artırılması;
- Korporativ həvəskar futbolun populyarlaşdırılması və inkişaf etdirilməsi;
- İşçilərin idman bacarıqları səviyyəsinin artırılması;
- Əməkdaşlarda bədən tərbiyəsi və idmana qarşı pozitiv münasibətin formalaşdırılması.

Futbol üzrə "Biznes-liqa" şirkətin bütün əməkdaşları üçün əsl bayrama çevriləcək.

Yarışların təşkili və aparılmasına ümumi rəhbərlik "Azfargroup"un dəstəyi ilə ASEP şirkətləri tərəfindən həyata keçirilir. Yarışların bilavasitə keçirilməsi ABL Təşkilat Komitəsinə həvalə olunur.

"ASEP" şirkəti peşəkar səviyyədə idman tədbirlərinin təşkili ilə məşğul olur. Yüksək səviyyəli korporativ futbol turnirləri keçirir. Bölmə və filialları olan böyük şirkətlərə isə daxili yarışların keçirilməsini təklif edir. Şirkətə korporativ turnirin sıfırdan təşkilini sifariş edə və ya digər xidmətlərindən yararlana bilərsiniz.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti